Menu

ABŞ-ın Tayvana verəcəyi silahlar təsdiqləndi - Pekin Vaşinqtonu "qətiyyətli cavabla" hədələdi

06.09.2022, 16:22
ABŞ-ın Tayvana verəcəyi silahlar təsdiqləndi - Pekin Vaşinqtonu "qətiyyətli cavabla" hədələdi

ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqləyib.

"AzPolitika.info" ABŞ mətbuatına istinadla xəbər verir ki, bu, Prezident Co Bayden dövründə Tayvanla ən böyük müdafiə sazişi olacaq. Bununla ABŞ-ın Çinin etirazlarını nzərə alaraq adaya silah çatdırmayacağı barədə şübhələr aradan qalxıb.

"The Guardian" qəzeti isə qeyd edir ki, paketə 355 milyon dollar dəyərində gəmi əleyhinə "Harpoon" raketləri və 85 milyon dollarlıq "Sidewinder" təyyarələri ilə idarə olunan raketlər daxildir.

Vəsaitlərin əsas məbləği - 655 milyon dollar Tayvanın hava hücumundan müdafiə sisteminin, o cümlədən raketlərin buraxılması barədə xəbərdarlıq sistemlərinin yaradılması və dəstəklənməsi üçün nəzərdə tutulub.

Dövlət Departamentinin məlumatına görə, Tayvanın özünümüdafiə qabiliyyətini saxlamaq üçün kifayət qədər silahlara ehtiyacı var və saziş ABŞ-ın “Vahid Çin” siyasətinə uyğundur.

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penyu bildirib ki, silah satışı Çin-ABŞ münasibətlərini və Tayvan boğazında sülh və sabitliyi ciddi şəkildə təhdid edir və Çin inkişaf edən vəziyyət fonunda qətiyyətlə hüquqi və lazımi cavab tədbirləri görəcək".

"AzPolitika.info"

Şərhlər

Türk Turan 2022-09-06 22:03:17

Amerika yenə də siçan-pişik oynamağa başlayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol