Menu

"SOS! Əsir və girov götürülmüş Azərbaycan qadınları!" - İctimai Birlik layihəyə start verdi

07.09.2022, 13:51
"SOS! Əsir və girov götürülmüş Azərbaycan qadınları!" - İctimai Birlik layihəyə start verdi

Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyi (İB) Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "SOS! Əsir və girov götürülmüş Azərbaycan qadınları!" layihəsinin icrasına start verib.

Mərkəzdən "AzPolitika.info"-ya verilən məlumata görə, 01 sentyabr 2022 - 01 noyabr-2022-ci il tarixlərində icra olunacaq layihə çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində təkzibedilməz məlumatlar əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmış 98 qadın haqqında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından, Baş Prokurorluqdan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Ombudsmandan, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyindən, habelə digər mənbələrdən 98 qadın, onlara qarşı qeyri-insani əməllər, fiziki, mənəvi, psixoloji işgəncələr və zorakılıq əməlləri törədilməsii lə bağlı faktlar toplanacaq, sistemləşdiriləcək.

Habelə beynəlxalq təşkilatalrın hesabat və qətnamələri, Azərbaycan QHT-lərinin hazırladığı materialları, KİV-də dərc olunmuş materiallar və digər açıq mənbələrdən məlumatlar da toplanacaq.

Əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmış qadınlardan bir qrupunun yaxın qohumları, doğmaları ilə müsahibələr götürüləcək, onlardakı məlumatlar əldə olunacaq.

Layihənin yekununda Azərbaycan və İngilis dillərində Hesabatın hazırlanacaq. Sözgedən sənəd beynəlxalq qurumlara, beynəlxalq hüquq-müdafiə təşkilatlarına, Almaniya, Fransa, ABŞ, Kanada, Polşada fəaliyyət göstərən qadın hüquqlarını müdafiə təşkilatlarına, BMT-nin ixtisaslaşlaşmış qurumlarına, AŞPA-nın, Avropa Parlamentinin, Avropa Komissiyasının, ATƏT-in insan hüquqları və qadın hüquqları məsələlərinə cavabdeh orqanlarına və vəzifəli şəxslərinə təqdim olunacaq.

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2022-09-07 14:10:08

Əsir götürülmüş qadın və uşaqların rus hərbiçiləri tərəfindən törədildiyi faktları var.Şuşanın süqutu zamanı əməliyyatı keçirənlərin əksəriyyəti rus zabitləri olub.Bildiyimiz kimi,Ayaz Mütəllibovun da dəstəklədiyi bu əməliyyat zamanı böyük xəyanətə məruz qaldıq.Əsirlikdən qurtulub qaçanlardan biri ilə söhbət zamanı öyrəndim ki,rus hərbiçiləri izi itirmək üçün onları görən əsirləri qətlə yetirirmişlər.Qətlə yetirmədiklərini də Moskvaya tibbi təcrübədə istifadəyə göndərirmişlər.Bu məsələni araşdırıb ermənilərlə yanaşı rusların da iştirak etdiyini dünyaya bəyan etməliyik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol