Menu

“Bu çətin zamanlarda mövqelərimizi uyğunlaşdırmalıyıq...” – Putin-Paşinyan görüşündə Qarabağ müzakirəsi

07.09.2022, 16:39
“Bu çətin zamanlarda mövqelərimizi uyğunlaşdırmalıyıq...” – Putin-Paşinyan görüşündə Qarabağ müzakirəsi

Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

"AzPolitika.info" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, habelə Ermənistan-Azərbaycan müqaşiəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

"Biz sizinlə daim əlaqə saxlayırıq – müntəzəm görüşlərimiz olur, aktual mövzularda telefonla danışırıq. Amma buna baxmayaraq, bugünkü şəxsi görüş zamanı xatırlamağı vacib hesab edirəm ki, bu il biz diplomatik münasibətlərin 30 illiyini və dostluq və əməkdaşlıq haqqında ölkələrarası müqavilənin imzalanmasının 25 illiyini qeyd etmişik", - deyə Krml rəhbəri bildirib.

Putin əlavə edib ki, Rusiya Ermənistanın ticarət-iqtisadi tərəfdaşları arasında inamlı birinci yeri qoruyub saxlayır. "Ticarət dövriyyəsi artır - hardasa, məncə, son vaxtlar 25-30 faiz artıb. Biz, həqiqətən də, Ermənistanda iqtisadi vəziyyətin sabitləşməsindən məmnunuq. Hökumətiniz tərəfindən bu istiqamətdə çox işlər görülüb", - Putin əlavə edib.

Rusiya Prezidenti daha sonra Qarabağ ətrafındakı vəziyyətdən danışıb və hazırkı prosesləri "ən həssas məsələlərdən biri" adlandırırb. "Biz sizinlə hər zaman bu barədə danışırıq, daimi əlaqədəyik", - o qeyd edib.

Paşinyan isə öz növbəsində bildirib ki, Rusiya Ermənistanın ən yaxın tərəfdaşı və strateji müttəfiqidir: "Xüsusən, bu çətin zamanlarda daimi təmas və mövqelərin uzlaşdırılması çox vacibdir. Mən Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasını qeyd etmək istəyirəm. Etiraf etmək lazımdır ki, bu, asan missiya deyil, biz bu barədə dəfələrlə danışmışıq və sülhməramlıların Qarabağda, Laçın dəhlizində fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirəm ki, bunu vurğulamaq çox vacibdir".

Paşinyan əlavə edib ki Qarabağda təhlükəsizliyin təmin olunması baxımından hər zaman müzakirə etdikləri nüansları bu gün də müzakirə etmək çox faydalı olardı: "Azərbaycanla Qarabağ probleminin həlli ilə bağlı intensiv müzakirələr gedir. Biz həm də Rusiya Federasiyasının təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın yaxın tərəfdaşı kimi dəstəyinə ümid edirik. Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Federasiyasının da rolunu xüsusi qeyd etmək istərdim”.

Qeyd edək ki, Putinin Paşinyanla söhbətində Minsk Qrupu haqqında heç bir ifadə işlətməməsi dəqqət çəkib.

Rasim 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol