Menu

“KRIMI BİZ VURMUŞUQ” - Zalujnı etiraf etdi

07.09.2022, 17:50
“KRIMI BİZ VURMUŞUQ” - Zalujnı etiraf etdi

Avqustun 9-da Krımın Rusiyaya aid Saki aviabazasında baş verən böyük partlayışların səbəbi Ukrayna tərəfindən rəsmən elan olunub.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Ordusunun Baş komandanı Valeri Zalujnının Ukrayna mətbuatında dərc edilən geniş məqaləsində bu mövzuya toxunulub.

Zalujnı bildirib ki, Rusiya işğalına qarşı müharibədə say üstünlüyü yox, tərəflərin malik olduğu texniki imkanların üstünlüyü həlledici rol oynaır.

O, bununla bağlı Krımdakı hərbi bazalarda baş verən partlayışları misal gətirib və bunların Ukrayna tərəfindən endirilmiş raket zərbələri olduğunu etiraf edib: “Söhbət Krımdakı aviabazalara endirilmiş uğurlu raket zərbələrindən gedir. Ən öncə də Saki aerodromuna”.

Xatırladaq ki, sözügedən raket zərbələri nəticəsində Saki aerodromunda azı 9 hərbi təyyarə və komanda idarəetmə mərkəzi məhv edilib.

Rusiya əvvəlcə bu partlayışların “ehtiyatsızlıq üzündən” baş verdiyini bəyan etmişdi. Ukrayna tərəfi isə bununla bağlı rəsmi izahat verməkdən yayınırdı.

“AzPolitika.info”     

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol