Menu

Prezident onun haqqında edam hökmü verən şəxsi nazir təyin etdi

10.11.2014, 17:33
Prezident onun haqqında edam hökmü verən şəxsi nazir təyin etdi

Yəmən prezidenti Abdu-Rabbih Mansur Hadi 27 il əvvəl onun haqqında edam hökmü vermiş şəxsi ölkənin ədliyyə naziri seçib.

Bu barədə SalamNews "Al Arabiya" telekanalına istinadla xəbər verir.

Yeni nazir Xalid Ömər Bacnid Yəməndə yenicə qurulmuş teknokrat hökumətin tərkibində yer alıb.

Məlumata əsasən, X.Ö.Bacnid 1987-ci ildə - Yəmənin birləşməsindən əvvəl ölkədə gedən qarşıdurmalarda və bir çox terror aktlarının hazırlanmasında Mansur Hadini təqsirli bilərək onun haqqında güllələnmə hökmü verib.

Qeyd edək ki, Yəmən mətbuatı ölkə başçısının bu addımını dünya tarixində ən demoktarik addım kimi qiymətləndirib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol