Menu

"Ukrayna taxılı həqiqətən zəngin ölkələrə daşınır" - Ərdoğan

08.09.2022, 18:26
"Ukrayna taxılı həqiqətən zəngin ölkələrə daşınır" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizi müqaviləsində Ukraynadan daşınan taxılın zəngin ölkələrə çatdırılması ilə bağlı dediklərinin həqiqət olduğunu bildirib.

Xatırladaq ki, Vladivostok İqtisadi Forumunda çıxışı zamanı Putin bəyan edib ki, Ukrayna taxılı aşağı gəlirli ölkələrə getmir, əksinə, əsasən Avropaya çatdırılır. Putin əlavə edib ki, marşrutlara məhdudiyyətlər Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə oluna bilər.

Putin razılaşmanın həyata keçirilməsi üçün əlindən gələni etməsinə baxmayaraq, ölkəsinin və aşağı gəlirli ölkələrin aldandığını iddia edib.

Xorvatiyada çıxış edən Ərdoğan isə bunları deyib: “İndi Rusiyaya qarşı sanksiyalar davam edərkən, bunları edən ölkələrə taxıl daşınması cənab Putini narahat edir. Bunun aradan qaldırılması üçün Səmərqənddə Putinlə müzakirə aparacağıq. Biz də taxıl daşımalarının Rusiyadan başlamasını istəyirik”.

Xatırladaq ki, Taxıl dəhlizi Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında həyata keçirilib. Razılaşmadan sonra Ukraynadan başlayan taxıl ixracı dünya bazarlarında qiymətlərin aşağı düşməsinə səbəb olub.

"AzPolitika.info"

Şərhlər

Amon 2022-09-08 22:53:41

Cenab erdogan putinle ne qeder yaxin olsa xankendi bir o qeder tez sahibine qaytarilacaq.onsuz ki qerb ve amerika ermenistan varken bize qarsi hec vaxt duzgun davranmayacaqlar.indi qaz almaga ehtiyaclari var deye bize isti yanasirlar yoxsa onlar ermenistan terefindedi her zaman.bize boyuk britaniya israil ve turkiyenin dostlugu yeter

Qoca 2022-09-08 19:03:37

Bu artıq düzgün söhbət eləmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol