“Putinin Çeçenistan rəhbəri Ramzan Kadırovla özünəməxsus münasibətləri var”.
“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı publisist və siyasətçi Andrey Piontkovski deyib. Piontkovskiyə görə, Kadırov “rus gəmisi”ni ilk olaraq tərk etmək barədə düşünənlərdən biridir: “Kadırovla bağlı məsələ sadə deyil. O, artıq “rus gəmisi”ndən qaçmaq barədə düşünən “ən yağlı siçan”dır... Kadırov Çeçenistanın Rusiyaya tabe olması görüntüsünü yaradır və buna görə ona Rusiya Federasiyası nəhəng miqyasda haqq ödəyir. Çox özünəməxsus münasibətdir və o, yaxşı bilir ki, bu, Rusiya ilə deyil, şəxsən Putinlə olan münasibətdir...”

Piontkovskinin fikrincə, Kadırov Rusiya güc strukturlarının ona nifrət etdiklərini gözəl bilir: “Bunu sizə dəqiq deyirəm. Kadırov gözəl başa düşür ki, Putin getsə, güc strukturları onu sadəcə, məhv edəcəklər”.
Xatırladaq ki, sentyabrın 3-də Kadırov öz sosial şəbəkə səhifəsində Çeçenistan rəhbəri postundan getmək barədə düşündüyünü bəyan edib. Onun “Rosqvardiya”da yüksək vəzifə tutacağına dair məlumatlar yayılsa da, hələlik bununla bağlı hər hansı rəsmi qərar yoxdur.
“AzPolitika.info”


Şərhlər
İnşaallah bu bədnəm rus imperiyası dağılacaq! Xalqlar nəfəs dərəcək! Çeçenlar birinci, sonra başqaları. Ələxüsüs Dağıstan azad olacaq. Və Rusiya bizimlə daha qonşu olmayacaq! İnşaallah!
Təkcə Kadırov deryil,Putinə satılmnış böyük bir şəbəkə təqiblərə məruz qalacaq.Yəni,Putinlə bərabər olduqları üçün cəzalarını alacaqlar.
Rusiyaya ve ryskara bu dünyada sona qeder etibar eden bir millet veya bşr dövketi kimse göstere bilermi?Qetiyyen,heç kim göstere bilmez ve Kadirov kimi satqınları ise tek ryslar deyil ele çeçenler özleri ele birinci fürsetde yıx edecekler dedesi Ehmet kimi cehenneme vasil edecekler.
Millətinin satqını Kadırov qorxu içərisindədir. Artıq bilir ki Putinin sonu yaxınlaşır.Əslində rusiyanın sonu yaxınlaşır. qaçmağa yeri də yoxdur. Hara qaçsa çeçenlər tapıb onu öldürəcəklər