Menu

Aqrar Universitetə rəhbərlik Bakı Ali Neft Məktəbinin prorektoruna tapşırılıb

09.09.2022, 19:11
Aqrar Universitetə rəhbərlik Bakı Ali Neft Məktəbinin prorektoruna tapşırılıb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin olunub. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifə universitetin ümumi işlər üzrə prorektoru vəzifəsinə təyinat alan  Zəfər Qurbanova tapşırılıb. O, universitetin kollektivinə təqdim edilib.

"AzPolitika.info"nun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi təyin edilən Zəfər Qurbanov Bakı Ali Neft Məktəbinin Tədris və elmi işlər üzrə prorektoru olub.  O, 2016-cı ildən BANM-də çalışmağa başlayıb. Əvvəlcə Mühəndislik fakültəsinin dekanı, 2019-cu ilin oktyabrından isə prorektor vəzifəsini icra edib.

Zəfər müəllimi təbrik edir və yeni işində uğurlar arzulayırıq!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol