Menu

Türkiyədə ağır yol qəzası olub, 42 nəfər yaralanıb

09.09.2022, 22:10
Türkiyədə ağır yol qəzası olub, 42 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub. Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Dörd metrobusun toqquşması nəticəsində azı 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol