ŞƏHİDİMİZ CƏBRAYIL DÖVLƏTZADƏNİN DOĞUM GÜNÜDÜR - VİDEO

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür. Vətən müharibəsinin qəhrəmanlarından olan gənc 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. 

Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.

Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb.

Vətən müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadə 19 yaşında bir erməni generalını və polkovnikini əlləri ilə boğaraq öldürüb. Bununla hər kəs onu general-mayor Polad Həşimovun qisasını alan qəhrəman kimi tanıdı.

Qeyd edək ki, Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb. 12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub.

Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik.

Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.

Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.

Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.

Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib.

Əslində Cəbrayıl missiyasının astanasında idi. Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.

Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb.

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.

Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də çoxlu qan itirdiyi üçün şəhid olur... O, Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb

O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan şəxs kimi Azərbaycan hərb tarxində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun, yoldaş əsgər, ulu şəhid! (Video 1000 Production)

635x100

Şərhlər

t.ədalət 2022-09-12 10:45:02

Cəbrayıl Dövlətzadə bir Zəngilan qaçqının ailəsində doğulub.Ali təhsilli idi.ermənilərlə ilk vuruşmalarda şəhid olan hərbiçimiz Firdovsi Məmmədov da Zəngilanlı idi.İkinci döyüş əməliyyatlarında da ilk şəhidimiz Cəbrayıl da Zəngilanlı idi.Onlar qəhrəmanlıqla dolu şanlı bir döyüş yolu keçdilər.Azərbaycanımıza və onun cəsur övladlarına eşq olsun!Fərari və hərbi borcdan yayınan nazirlərimiz də onlardan ibrət götürsünlər!

Eldəniz 2022-09-11 11:44:57

Allah rəhmət eləsin

Son yazılar