Menu

Ukraynadan taxıl ixracı artırılacaq

11.09.2022, 21:30
Ukraynadan taxıl ixracı artırılacaq

Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar. Bu barədə bazar günü Fransanın nəqliyyat naziri Klement Bon məlumat verib.

O qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.

Nazirin sözlərinə görə, Aİ-nin səyləri Ukraynaya faktiki olaraq münaqişənin başlanmasından əvvəlki taxıl ixracı həcminə qayıtmağa imkan verəcək.

Qeyd edək ki, Ukraynadan taxıl ixracı iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən imzalanan razılaşmalara əsasən tənzimlənir. Prosesə Türkiyədə fəaliyyət göztərən Birgə Koordinasiya Mərkəzi nəzarət edib. (Mənbə: TASS)

Şərhlər

t.ədalət 2022-09-12 10:33:50

Taxıl bolluğu Azərbaycandakı zalım un dəllallarının keyfini pozacaq.İnşəallah,ət sahəsində də artım olsa,ət dəllallarının günü göy əskiyə dönəcək.Ölkə qeyri millətin əlində olanda hər şey kommersiya obyektinəı çevrilir.Məşhur kürd Səlahəddin Əyyubini elmi araşdırmasına çevirən Əbülfəz Əliyevdən Azərbaycana,ancaq belə faciələr qaldı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol