Menu

Rusiyalı pilotlar Cənubi Amerikaya qaçmağı planlayırlar

12.09.2022, 10:37
Rusiyalı pilotlar Cənubi Amerikaya qaçmağı planlayırlar

Ukraynaya raket zərbələri endirmiş təyyarələrin ekipajlarının ailə üzvləri beynəlxalq ədalət məhkəməsindən qaçmağı və gizlənməyi müzakirə edirlər.

Rusiya ordusunun geri çəkilməsi fonunda işğalçı ölkənin hərbi mühitində məğlubiyyətin və Ukraynaya qarşı təcavüzün bütün iştirakçılarının məsuliyyətə cəlb olunacağının qaçılmazlığı müzakirə edilir.

Bu barədə Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xəbər verib («UNİAN»).

«Rusiya hava-kosmik qüvvələrinin bir neçə aviasiya qarnizonunda Ukrayna ərazisinə raket zərbələri endirmiş təyyarələrin ekipajlarının ailə üzvləri ölkədən qaçmağı və beynəlxalq ədalət məhkəməsindən gizlənməyi planlayırlar. İkinci Dünya müharibəsindən sonra faşistlər kimi, rusiyalı cinayətkarlar da Cənubi Amerikaya emiqrasiya etməyi planlayırlar» - xəbərdə deyilir.

Ukraynanın hərbi kəşfiyyatı Ukrayna ərazisində döyüş fəaliyyətində iştirak etmiş 14-cü HHQ və HHM ordusunun pilotlarının şəxsi məlumatlarını dərc edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol