Avropada təbii qazın qiyməti 7 faiz ucuzlaşıb.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, İCE Birjasında oktyabr ayı üçün son ticarət əməliyyatlarında təbii qazın min kubmetrinin qiyməti 2020 dollar səviyyəsinə enib.
Maraqlıdır ki, qazın ucuzlaşması prosesi Rusiyanın “Şimal axını” boru kəməri ilə Avropaya qaz nəqlini tam dayandırmasının fonunda baş verir. Nəticədə Rusiyanın gözlədiyi kimi, qaz bahalaşmır, əksinə, qiymətlərdə eniş müşahidə olunur.
Mütəxəssislər bunu onunla izah edirlər ki, ABŞ-dan Avropaya Sıxılmış Təbii Qaz(STQ) daşınması xeyli artırılıb və Avropada anbarlarda təbii qaz ehtiyatları yüksək səviyyəyə çatdırılıb. Məsələn, Polşa və Fransa kimi ölkələr artıq qışı asanlıqla, problemsiz keçirmək üçün ehtiyatlarını tam təmin ediblər.
Rusiyanın qaz şantajından ən çox zərər görməsi ehtimal olunan ölkə isə Almaniyadır. Lakin bu ölkədə keçirilən sorğuların nəticələri göstərir ki, almanlar Rusiyaya qarşı təzyiqlərin artırılmasının tərəfdarıdırlar və qiymətlərin artacağına da normal yanaşırlar.
“AzPolitika.info”


Şərhlər