Almaniya iyul ayında enerji qiymətlərinin artması Rusiyadan Rusiyadan 2,9 milyard avro dəyərində mal idxal edib.
"AzPolitika.info" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Federal Statistika İdarəsi Rusiyadan idxalının dəyərinin 2021-ci ilin iyul ayı ilə müqayisədə 10,2% artdığını açıqlayıb.
Agentlik artımı əsasən enerji sektorunda qiymətlərin bahalaşması ilə əlaqələndirib. Çünki Rusiya qazının tədarükünün kəsilməsi Avropanın ən böyük iqtisadiyyatında ev təsərrüfatları və bizneslər üçün elektrik enerjisi ödənişlərini artırır.
Agentliyin məlumatına görə, iyul ayında Almaniya Rusiyadan 1,4 milyard avro dəyərində xam neft və təbii qaz idxal edib ki, bu da əvvəlki illə müqayisədə 1,6% çoxdur.
Rusiya koks və neft məhsullarının idxalı 72,5% artaraq 0,5 milyard avro, Rusiya kömürünün idxalı isə iki dəfədən çox artaraq 0,3 milyard avro təşkil edib.
Məlumatlar göstərdi ki, Rusiyadan idxalın dəyəri artsa da, Almaniya iyul ayında bu ölkədən ümumi mal idxalını 45,8% azalda bilib. Bu arada Almaniyanın Rusiyaya ixracı dəyər baxımından 56,8% azalıb, çünki Almaniya ABŞ və qonşu ölkələrdən Fransa və Hollandiya ilə ixrac biznesini genişləndirib.
"AzPolitika.info"


Şərhlər