Menu

Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

13.09.2022, 19:16
Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

"09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur", - qeyd olunub.

Şərhlər

t.ədalət 2022-09-13 20:56:52

Rusiyadan qaynaqlanan bu təxribatları dayandırmaq üçün ordumuzun rəhbərliyində olan rusist zabitləri kənarlaşdırmalıyıq.Rusiyada zabitlik diplomu alan zabitlər arasında Putini dəstəkləyən,mövqelərimizi rusa satan xeyli zabit var.Balarımız qırılır,ancaq hələ dəNacmuddin Sadıkov həbs olunmur.

t.ədalət 2022-09-13 19:35:48

Putin qəsdən atəşi gücləndirir.Ukraynada uduzub,diqqəti Qarabağa istiqamətləndirmək istəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol