Menu

"Azərbaycan Ordusu yaşayış evlərini atəşə tutmur" - Müdafiə Nazirliyi

14.09.2022, 13:15
"Azərbaycan Ordusu yaşayış evlərini atəşə tutmur" - Müdafiə Nazirliyi

"Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur".

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol