Menu

Zelenski işğaldan azad olunmuş İzyuma gedib - FOTO

14.09.2022, 14:42
Zelenski işğaldan azad olunmuş İzyuma gedib - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 14-də bir neçə gün əvvəl Xarkov vilayətinin işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenskinin iştirakı ilə şəhərdə təntənəli tədbir keçirilib və Ukrayna bayrağı ucaldılıb.

Ukrayna Prezidenti çıxış edərək, İzyumun işğaldan azad edilməsində iştirak edən bütün hərbçilərə təşəkkürünü bildirib. Tədbirdə Prezident Ofisinin rəhbər şəxslərilə yanaşı, Müdafiə nazirinin müavini Anna Malyar da iştirak edib.

“AzPolitika.info”






Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol