Menu

İşğalçılar nə üçün Luqanskdan qaçırlar? - Jdanov izah edib

14.09.2022, 15:06
İşğalçılar nə üçün Luqanskdan qaçırlar? - Jdanov izah edib

Luqansk vilayətinin bütün işğal olunmuş ərazilərində insanlar azadlığı gözləyərək, Ukrayna bayrağı asırlar. Eyni zamanda, rusiyalılar hətta bayraqları sökməyə cəhd də etmirlər, dərk edirlər ki, işğaldan azad olunma qaçılmazdır.

Bu barədə hərbi ekspert Oleq Jdanov «FreeDom» kanalının efirindən bəyan edib («UNİAN»).

Ekspertin fikrincə, hazırda Rusiya kadr “aclığı” yaşayır. Döyüşmək istəyənlərin sayı hər gün azalır.

«Bu günə olan vəziyyətə Rusiya ordusunun faktiki olaraq, döyüşmək arzusunda olanların hesabına yaratdığı imkanları tükənib. Döyüşmək istəyənlərin sayı azalır. Sözlərimin təsdiqi kimi, xatırlada bilərəm ki, bu gün informasiya daxil olub, Putin guya oliqarxlara tapşırıq verib ki, özəl hərbi şirkətlər formalaşdırsınlar və onlar sonradan Rusiya işğalçı ordusunun Ukraynadakı sıralarına qarışsınlar» - Jdanov qeyd edib.

O, xatırladıb ki, Rusiya Ukraynadakı müharibə üçün 50 könüllü batalyon formalaşdırıb. Ancaq son vaxtlar Rusiya onların barəsində danışmır. Jdanovun qeyd etdiyi kimi, düşünməyin əsası var ki, bu layihə uğursuzluğa düçar olub. Kadr problemi rusiyalıları məcbur edib ki, Luqanskdan geri çəkilsinlər. Jdanovun məlumatına görə, Rusiya qarnizonu xüsusilə, Svatovodan geri çəkilib.

«Qarnizon Svatovodan çıxarılıb, o, kiçik olub. Kollaborantlar da çıxıblar. Dinc sakinlərin 20 avtomobilini qaçırıblar. Luqansk Stanitsasında növbəyə dayanıblar ki, Rusiyaya keçsinlər. Starobelskdə əşyalarını qablaşdırırlar» - Jdanov təsdiqləyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol