Ermənistanın baş naziri Nikol Paşinyan itkilərinin bir qismini etiraf edib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
O parlamentin iclasında bildirib ki, sentyabrın 12-dən etibarən Azərbaycanla sərhəddə davam edən gərginlik zamanı Ermənistanın 105 hərbçisi ölüb.
Qeyd edək ki, məhv edilən ermənilərin sayı bundan qat-qat artıqdır. Öldürülmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərinin Azərbaycan tərəfdə olması da bunu sübut edir.


Şərhlər