Menu

İranda zəlzələ baş verib

11.11.2014, 09:04
İranda zəlzələ baş verib

Yeraltı təkanlar ötən gün axşam saatlarında qeydə alınıb

İranda 5,4 bal gücündə zəlzələ meydana gəlib.

ANS PRESS-in məlumatına görə, Bəsrə körfəzi sahilində yerləşən Hürmüzgan əyalətinin Fin şəhərində yeraltı təkanlar qeydə alınıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi 5,4 bal gücündə meydana gələn zəlzələ ötən gün axşam saatlarında, Fin şəhəri yağınlığında və yerin 12 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar ölkənin hərbi və ticarət sahəsində rol oynayan liman şəhəri Bəndər-Abbasda da hiss edilib.

İlkin məlumatlara əsasən, zəlzələ zamanı dağıntı və fəlakət olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol