“RUSİYANIN DAĞILMASINA SƏBƏB OLACAQ 3 AMİL VAR”- General açıqladı

“Zaman keçdikcə Ukraynanın bu müharibədə qalib gələcəyi və Kremlin tarixi böhran günlərini yaşadığı hər kəsə məlum olur. Mən inanıram ki, Vladimir Putinin aşkar edilmiş zəif tərəfləri təkcə onun rejiminin deyil, Rusiya Federasiyasının özünün də sonunun başlanğıcını gətirə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodges “The Telegraph” nəşrinə müsahibəsində deyib.

Hodges Rusiya Federasiyasının dağılmasına səbəb olacaq 3 amil olduğunu bildirib: “Birincisi, ənənəvi olaraq Kremlin legitimliyinin mərkəzində olan Rusiya ordusuna daxili inamın azalmasıdır. Ukraynadakı rüsvayçılıq artıq demək olar ki, başa çatıb.

Rusiyanın Qara Dəniz Donanması hələ də Krımda gizlənir və donanması olmayan Ukraynaya qarşı heç nə edə bilmir. Bir vaxtlar Rusiyanın maaş təkliflərinə aldanan rus kişiləri indi ordu sıralarına qatılmaqdan ehtiyat edirlər. Nəticədə çeçenlərin və Federasiyanın ucqar ərazilərindəki etnik azlıqların kütləvi şəkildə orduya cəlb edildiyini görürük.

İkincisi, sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir edəcəyidir. Hazırda Rusiya çökən iqtisadiyyatıyla 144 milyonluq əhalisini saxlamaqda çətinlik çəkir.

Rusiya silah ixracından gələn gəlirlərə ümid bəsləyir. Ancaq döyüş meydanındakı məğlubiyyətlərdən sonra indi hansı ölkə onun texnikasını və ya silahını almaqda maraqlıdır?

Belə bir iqtisadi böhran, Rusiyanın sonunu gətirə bilər.

Üçüncüsü, Rusiyanın əhalisinin get-gedə azalmasıdır. Rusiya Böyük Britaniyadan 70 dəfə böyük əraziyə sahib olsa da, əhali baxımından cəmi iki dəfə onu üstələyir.

Hesab edirəm ki, bütün bu amillər Moskvan çətin iqtisadi kompromislərə getməyə məcbur edə bilər”.

“AzPolitika.info”

635x100

Şərhlər

Romaya mən 2022-09-16 22:24:58

Rusiya ərazisinin azı 70%dən çoxu eyni xalq olsa da, biz ana dilimizi, yurdumuzu 1ci lik çəkişməsinə görə qəbul etmədiyimiz kimi onlar da qəbul etmirlər? Uyqur Sibir Uyquru çoxdan Krasnoyarska, Yenisibirə çevriliblər.

B.Qarabağlı 2022-09-15 15:55:21

Hörmətli general, RFnın parçalanmasına hazırda və yaxın gələcəkdə heç bir amil hiss edilmir. Əksinə, *qərb demokratiyası*nın müdafiəsinə ümidli Gürcüstan və Ukraynanı üç yerə parçalayıblar? Tümendə on minlərlə ailə evlərini odunla qızdırır, Avropaya nəql edilən milyardlarla kub metr qazdan pay ummur və hər işi Kremlin həllinə buraxırlar?

Roma 2022-09-15 14:08:58

“RUSİYANIN DAĞILMASINA SƏBƏB OLACAQ 3 AMİL VAR”...Allahtaala bizə o günü görməyi qismət eləsin...Qurban demişəm bir CÖNGƏ, kəsdirib paylayacağam.....

Son yazılar