Menu

Putin rejimi nə vaxt çökəcək? – Podolyak açıqladı

16.09.2022, 16:06
Putin rejimi nə vaxt çökəcək? – Podolyak açıqladı

“2022-ci ilin payızı Putin rejiminin görəcəyi son fəsil olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz “Twitter” səhifəsində yazıb.

O, bu fikrini NATO-nun fəal şəkildə genişlənməsi, Ukraynanın effektiv və genişmiqyaslı əks-hücum keçirməsi ilə əsaslandırıb və bunları yazıb: “Rusiya aristokratları üçün son payız. Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində siz (Putin-red) tamamilə tək qalmısınız. Çünki dünənki müttəfiqlər tələsik Çinin orbitinə keçdilər. Sonda isə həmişə olduğu kimi, hesabı ödəmək məcburiyyətində qalan sizsiniz”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol