Menu

Azərbaycan cüdoçusu Avropa çempionu olub

16.09.2022, 18:29
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol