Menu

Tacikistanla sərhəddə xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb

17.09.2022, 09:03
Tacikistanla sərhəddə xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb

Tacikistanla sərhəddə baş verən qarşıdurmalar zamanı xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb.

“Report” 24.kg agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində sentyabrın 17-si saat 09:00-a (Bakı vaxtı ilə 07:00 - red.) səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı ambulator müalicəyə göndərilən 5 nəfər də daxil olmaqla 103 nəfərdir”, - agentlik nazirliyə istinadən xəbər verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var.

Bundan əvvəl 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı barədə məlumat verilib.

Şərhlər

dadaşyev 2022-09-17 16:52:45

Farsdilli tacikləri vaxtaşırı qırğız türklərinə qarşı qızışdıran həşşaşi fars dövlətidir.Təbii ki ABŞ-ın və Fransanın təhrikiylə.Baxın,böyük bir coğrafiyada eyni vaxtda üç böyük hadisə,üçü də türklərə qarşı.Yunan polisi türk gəmisinə atəş açır,ermənilər Azərbaycan sərhəddində qarışıqlıq törədir,taciklər də qırğızlarla savaşırlar.Sanmayın bunlar təsadüfdür.Hər üçü də Şanxay iclası ərəfəsində.Çünki soyuq müharibəni bir tək Rusiya ilə davam edəcəyini düşünən Qərb indi nəhəng Şanxay təşkilatıyla üzləşib ki,Türkiyə və Azərbaycan da yaxın gələcəkdə ora üzv olacaqlar böyük ehtimalla.Ona görə Qərb dəlilik həddindədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol