ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcəyinə dair xəbərləri təsdiqləyib.
Senyabrın 16-da Berlində danışan Pelosi deyib ki, o Ermənistana sentyabrın 17-də ABŞ nümayəndə heyəti ilə birgə gələcək: "Sabah biz Ermənistana səfər edirik, çünki ermənilərdən uzun müddət bundan əvvəl dəvət almışdıq. Mən bu səfərin detallarını müzakirə etmək istəməzdim, çünki biz səfər zamanı hədəflənmək istəmirik. Odur ki, əvvəlcədən heç nə deməyəcəyəm”.
Pelosi vurğulayıb ki, onun Ermənistana səfəri bugünlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan xeyli əvvəl planlaşdırılıb.
"AzPolitika.info"


Şərhlər
Mümkündürsə icazə ver səndən şübhələnək.Çünki sən nə üzlər görmüş qoca ,,,,səəəən!
Nə üçün vaxtlarını murdar ermənilərə sərf edirlər...