Kraliça II Elizabetin vəfatından sonra onun böyük oğlu III Çarlz Böyük Britaniya və Şotlandiyanın yeni kralı olub.
Mərasimlərdə və dövlət tədbirlərində çox vaxt hərbi formada olan Çarlz, üzərində gəzdirdiyi müxtəlif medallar və ordenlərə görə hər kəsdə “müharibə adamı” imici formalaşdırıb. Hər kəs onun vaxtilə böyük müharibələrdə iştirak etdiyini və döyüşlərdəki şücaətlərinə görə təltif edildiyini düşünür. Məlumdur ki, hərbçilər müharibədəki mühüm nailiyyətlərindən sonra lentlər, döş nişanları və medallar alırlar. Ancaq maraqlıdır ki, Britaniya donanmasında və hərbi hava qüvvələrində xidmət edən Çarlz indiyə qədər heç bir müharibədə iştirak etməyib.
Bəs kral bu qədər medalı necə qazanıb?
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, o, bu medalları müharibə və ya hər hansısa bir münaqişə zamanı qazanmayıb. Bu medallar ona müxtəlif səbəblərə görə verilib. Məsələn, Çarlzın yaxasındakı medallardan bəziləri anası II Elizabetin 30 və 50 illik yubiley tədbirləri zamanı verilib. Çarlz anasının taxta çıxması və kraliça kimi davam edən hakimiyyətini qeyd etməsi kimi hadisələrlə bağlı da medallar alıb. Yəni Çarlz bu medallara yubileylərdə, müxtəlif mərasimlərdə və müqəddəs günlərdə yiyələnib.

Kralın medallarının təsviri belədir:
- Kraliçanın Xidmət Ordeni (Yeni Zelandiya);
- Tacqoyma medalı;
- Gümüş yubiley medalı;
- Qızıl Yubiley medalı;
- Brilyant yubiley medalı;
- Dəniz Qüvvələrinin Uzun Xidməti Yaxşı Davranışı (LSGC) (Üç əlavə xidmət çubuğu) - Kanada Qüvvələrinin Dekorasiyası (üç əlavə xidmət çubuğu);
- Yeni Zelandiya Xatirə Medalı;
- Yeni Zelandiya Silahlı Qüvvələri Mükafatı.
Kral həmçinin “Fəxri xidmətə görə” orden, “Qarter” ordeni və “Thistle” ordeni taxır. Bundan əlavə, onun formasında “cəngavərliyi” ifadə edən ortasında “Müqəddəs Georgi” xaçı olan böyük gümüş ulduz var. III Çarlz Uels şahzadəsi olarkən, ordu generalı, donanma admiralı və RAF marşalı kimi, dörd ulduzlu general rütbəsinə yüksəlib.
“AzPolitika.info”


Şərhlər
Brejnev necə özü alıb öz döşünə taxırdısa bu da elə.Əlini atırmış orden-medal qutusuna bəxtinə hansı çıxdısa onu da taxırmış.Çiyinlərindən ta topuqlarına qədər orden-medal idi.Onların ağırlığından gəzə də bilmirdi.Ön hissədə yer qalmamışdı deyə bir az da yaşasaydı kürəyinə,ombasına orden-medal taxacaqdı.Bu da onun kimi.Uşaq vaxtından orden-medal istəyəndə ağlayıb ayaqlarını yerə döyüb ki,filan ordeni istəyirəm,yoxsa aclıq elan eliyirəm,nə bilim vəzifəmi dondururam-filan,kraliça Eizabet də rəhmə gəlib o ordeni verib.Bundan sonra daha ağlamalı olmayacaq,çünki kral artıq özüdü.Kral ölüb,yaşasın kral.
Britaniyanın Siyavuş Novruzovudu bu adam. Ancaq Çarlzın Siyavuş qədər medalı yoxdur. Görəsən Çarlz Əfqanıstanın prezidenti Nəcbulladan medal ala bilibmi ?
Bizimkilər kabinetlərdə mürgüləyib general olur, deyirsiniz o boyda kralın medalı olmasın?