Menu

Almaniya Müdafiə Nazirliyi Ukraynanın tələbini yerinə yetirməkdən imtina edib

18.09.2022, 18:51
Almaniya Müdafiə Nazirliyi Ukraynanın tələbini yerinə yetirməkdən imtina edib

“Almaniya təkbaşına Ukraynaya Qərb istehsalı olan tanklar göndərməyi planlaşdırmır”. “Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bəyan edib.

“Biz Almaniyanın təkbaşına hərəkət etməsini istəmirik və biz həmişə tərəfdaşlarımızla məsləhətləşərək belə qərarlar verəcəyik” deyə o, bildirib.

Sentyabrın əvvəlində də Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristina Lambrext bəyan etmişdi ki, Bundesverdə Ukraynaya göndəriləcək silahlar tükənib.

Şərhlər

dadaşyev 2022-09-18 20:49:59

Qış yaxınlaşır axı.Qapının ağzındadı soyuqlar.Qaz lazım ola bilər Rusiyadan.Elə eləməlidi ki qaz istəməyə üzü olsun.Nə isə.Belə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol