Menu

Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

19.09.2022, 11:43
Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur

"Biz hər şeyə 18% əlavə dəyər vergisi (ƏDV) tətbiq edə bilmərik, bu vergi diferensiallaşdırılmalıdır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O, həmçinin təklif edib ki, ərzaq məhsulları ƏDV-yə 1-2%-lə cəlb olunsun: "Bu, qiymətləri müəyyən qədər sabitləşdirər. Həmçinin hesab edirəm ki, hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarına gömrük vergisi tətbiq etməməlidir".

Şərhlər

Vətəndaş. 2022-09-19 12:04:06

Bu məsələ olduqca qaranlığdır.Ərzaq məhsullarının idxal sənədlərində göstərilən rəqəmlərlə satış qiymətləri və dövlət vergi ödəmələri arasında fərqi təyin etsəniz orada çoxlu pozuntular alınar .Digər tərəfdən satılan kərə yağlarının miqdarı ilə idxal olunan və yerli istehsal həcmlərini müqaisə etsəniz burada da anlaşılmazlıqların olduğunu görərsiniz.İkinci tərəfdən ölkəyə idxal olunan palma yağlarının har və ecə satıldığını,sonrakl taleini öyrənsəniz orada u.yğunsuzluqların olduğu bəllidir. Ancaq AQTA və dövlətin digər qurumları niyə bunları etmirMəsələ beləliklə açıq qalır.BU isə insanlarn sağlamlığı və statistika üçün vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol