Azərbaycan Fransaya nota verdi - Səfirə təqdim edildi

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.

Nazir müavini Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib.

Həmçinin, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib.

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.

635x100

Şərhlər

dadaşyev 2022-09-21 17:33:39

Azərbaycan Fransaya NATO verdi.Canlanır hər qarış yer Sumqayıtda.Filankəsin dədəsi olubdu gorbagor Sumqayıtda.

dadaşyev 2022-09-20 02:36:01

Müsliman ölkələrin Avropa ölkələrinə notaları BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kimi adi kağız parçasıdır.Amma Fransanın genosid törətdiyi Əlcəzair,Ruanda,Mali,Çad ölkələrindən bizdə oxuyanlar və ya işləyənlər bizdəki Fransa səfirliyinin qarşısında xudmani piket keçirsələr belə o notadan güclü,həm də dərhal təsir edərdi.Türklər buna "mütabakat" deyirlər.Yəni sən mənə necə,mən də elə.Eynilə yəni.Sən mənim aşağılanmağıma göz yumursansa mən də sənin aşağılanmağına göz yummaq məcburiyyətindəyəm.Səninki dövlətdir də,mənimki dövlət deyilmi?Qudurmuş dövlətlər yalnız mütabakatdan anlarlar,yoxsa ağılları başlarına gəlməz.

Son yazılar