Menu

Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib

19.09.2022, 17:33
Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.

Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir. Bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol