Menu

İran Rusiya qazını Azərbaycan vasitəsilə alacaq

20.09.2022, 01:03
İran Rusiya qazını Azərbaycan vasitəsilə alacaq

İran iki ay əvvəl Tehran və Moskva arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycandan boru kəmərləri ilə Rusiya qazını idxal edəcək.

"Report" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran Neft Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə Azərbaycan vasitəsilə Rusiya qazının sutkada 6 və 9 milyon kubmetr həcmində svop tədarükü həyata keçiriləcək.

İranın Neft Nazirliyinin daxili hesabatında qeyd edilir ki, alqı-satqı və mübadilə razılaşmaları iyul ayında İran Milli Neft Şirkəti (NIOC) və Rusiyanın “Qazprom” şirkəti arasında imzalanmış 40 milyard dollarlıq müqavilə ilə bağlıdır.

Şərhlər

t.ədalət 2022-09-20 10:19:15

Rusiya ilə İran arasında körpü olmaq Azərbaycana baha başa gələcək.Bizim daima aşağılayan işğalçı Rusiyaya bu qədər məhəbbət,görəsən,bizdə haradandır?Bir xalqı nə qədər əzmək olar?Rusiya tarixən,indi də bizim düşmənimizdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol