Menu

Ötən gün yol qəzalarında 7 nəfər ölüb

20.09.2022, 10:48
Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Ötən gün ölkədə baş vermiş yol qəzalarında 7 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 19-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Sentyabrın 19-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub", - nazirliyin məlumatında bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol