Rəsmi Moskva Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasında (LXR), eyni zamanda işğal altındakı Xersonda “referendum” çağırışlarına ilk dəfə münasibət bildirib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev teleqramda yazıb.
Onun fikrincə, “referendum”ların keçirilməsi Rusiyanın inkişaf vektorunu tamamilə dəyişəcək:
“Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasından sonra dünyada geosiyasi transformasiya dönməz xarakter alacaq. Rusiya ərazisinə müdaxilə bütün özünümüdafiə qüvvələrindən istifadə etməyə imkan verəcək. Konstitusiyaya edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək lideri hər şeyi geri qaytara bilməyəcək”.
D.Medvedevin qənaətinə görə, Kiyev və Qərb “referendum”lardan qorxur:
“Məhz buna görə də onları keçirmək vacibdir”.
Xatırladaq ki, ötən gün “DXR” və “LXR”in “ictimai palataları” ərazilərin Rusiyaya birləşməsi məqsədilə “referendum” keçirməklə bağlı çağırış ediblər. Eyni zamanda bu gün Xersonun işğal administrasiyası analoji “səsvermə”ni keçirəcəyini bəyan edəcəyini açıqlayıb.
Amerikalı analitiklər isə separatçıların bu addımının Rusiyanı “qəribə və alçaldıcı vəziyyətə” salacağını güman edirlər.


Şərhlər
Çox güman ki, oxşar ssenari Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasında (LXR), eyni zamanda işğal altındakı Xersonda “referendum” çağırışları Ermənistan rəhbərliyi və onlara havadarlıq edən məxluqlar tərəfindən Xankəndində də təkrarlanacaq. Gələcəkdə baş berə biləcək bütün hadisələrə hazırlıqlı olmalıyıq. Biz uğurlarımızdan meyxoşlanmışıq, çünki bunu illərdir ki, gözləyirdik, lakin bu qələbə bir çoxlarını məyus edib, hazırda çox narahatdırlar. Yoxsa Nensi xanımın nə azarı vardı İrəvanda? Bunların yaxşısının atasına min lənət. Nə Avropa İttifaqı, nə də ABŞ rəhbərliyi bu səfərə bir qiymət vermədi, budurmu bunların dermo kratiyası? Dünyaya demokratiyadan dərs deyir, gördüyü işlər doğrudan da dermo kratiyadır. Azərbaycan Prezidenti İlham Əliyev çox gözəl xarici siyasət yürüdür. Bu Pelosi xanımcığın, Makronyanın, rasPutininmi xoşuna gələcək? Əsla yox. Ona görə də bir xalq kimi hamımız ölkə başçısını dəstəkləməli ayıq-sayıq olmalıyıq. Düşmənlər yatmayıb, bizə elə gəlir. Nə qədər gec deyil sülhməramlılarla bağlı qəti mövqeyimizi ortaya qoymalıyıq, əks təqdirdə Fələstinin gününə düşəcəyik.