Menu

Rusiyanın səhm bazarı referendum xəbərlərindən sonra 1 trilyon rubl itirib

20.09.2022, 17:43
Rusiyanın səhm bazarı referendum xəbərlərindən sonra 1 trilyon rubl itirib

on bir neçə saat ərzində Moskva Birjasının indeksi 10,4 % azalaraq 1 trilyon rubl itirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, Rusiyada mümkün səfərbərlik və Ukraynanın işğal altında olan ərazilərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı refendumların təyin olunması barədə xəbərlər fonunda baş verib.

Son nəticədə Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” şirkətinin səhmləri 10,2 %, “Lukoil”un səhmləri 10,6 %, “Rosneft” səhmləri 7,5 %, “Sberbank” səhmləri isə 6,3 % ucuzlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol