Menu

Səfərbərlik xəbərindən sonra rusiyalılar dövlət portalını çökdürdülər

21.09.2022, 15:13
Səfərbərlik xəbərindən sonra rusiyalılar dövlət portalını çökdürdülər

Rusiyada bir çox KİV-in səfərbərliyə çağırış vərəqələrinin Dövlət Xidmətləri portalında (“Qosusluqi”) da dərc olunacağı ilə bağlı xəbər yaymasından sonra portal “çöküb”.

Səfərbərlik siyahılarında adlarının olub-olmadığını yoxlamaq istəyən istifadəçilər tərəfindən portal yükləndiyi üçün oraya daxil olmaq mümkün olmayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. (Mənbə: Mk.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol