RUSLAR KÜTLƏVİ ŞƏKİLDƏ ÖLKƏDƏN QAÇIR - Ən çox bu ölkələrə gedirlər + VİDEO (Yenilənib)

Ötən gün Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərliklə bağlı fərman imzaladıqdan sonra ruslar kütləvi şəkidə ölkəni tərk etməyə başlayıblar.

“AzPolitika.info” xəbər verir ki, rusların hərəkət trayektoriyası, ən çox üz tutduqları ölkələr “Flightradar24” sistemi vasitəsilə qeydə alınıb.

Paylaşımdan görünür ki, ruslar dah çox viza tələb olunmayan - Türkiyə, Gürcüstan, Ermənistan və Azərbyacan kimi ölkələrə səfər edirlər.

Həmin görüntüləri təqdim edirik:

Bu arada Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan etmək üçün milli tədbirlər tətbiq etmək qərarına gəlib.

Bunu xarici işlər naziri Pekka Haavisto ABŞ-ın Nyu-York şəhərində keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün biz turist axınını necə məhdudlaşdıra və ya tamamilə qarşısını ala biləcəyimizə dair milli qərar hazırlamağa başlamaq qərarına gəldik, bu qərar çox tez həyata keçiriləcək yeni qanunvericilik və ya mövcud qaydaların şərhini ehtiva edə bilər", - nazir deyib.

Onun sözlərinə görə, tam qadağanın tətbiqi üzrə işlərə başlanılıb və Finlandiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müxtəlif nazirliklərin ekspertləri bu məsələni öyrənirlər.

***

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib.

Bu barədə ölkədəki aviaşirkətlərin və bilet aqreqatorlarının internet saytlarından məlum olur.

Saytlardan belə aydın olur ki, vizasız ölkələrə növbəti birbaşa uçuşlar üçün biletləri cümə günündən tez almaq mümkün deyil.

Xidmətlərdən birinin məlumatına görə, hazırda Moskvadan Bakıya birbaşa uçuş üçün bileti ancaq sentyabrın 23-dən əldə etmək olar və onun qiyməti 74,5 min rubl (təxminən 2 092 manat - red.) təşkil edir. Uçuş “Aeroflot” tərəfindən həyata keçirilir.

“Azərbaycan Hava Yolları”nda isə (Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə) sentyabrın 22-nə 719 avroya (1214 manat), 24-dən isə 394 avroya (665 manat) biletlər var.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib, müvafiq fərman artıq imzalanıb. (Mənbə: RBK)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar