Menu

Luqanskda Rusiyaya məxsus hərbi bazada partlayış olub

21.09.2022, 17:18
Luqanskda Rusiyaya məxsus hərbi bazada partlayış olub

Ukraynanın Rusiyanın işğalı altında olan Luqansk vilayətində partlayış baş verib. “Report” UNIAN-a istinadən bildirir ki, bu barədə kadrlar teleqram kanallarında yayılıb.

Qeyd olunub ki, hadisə Rusiyanın Novoaidar şəhərindəki bazasında olub.

Xatırladaq ki, Rusiya Ukraynanın işğal altında olan bəzi vilayətlərində, o cümlədən Luqanskda referenduma hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol