“Nüvə müharibəsi qələbə ilə bitə bilməz”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları müharibənin Moskva üçün uğurla davam etmədiyini göstərir: “O, çox təhlükəli açıqlamalar verir”.
“Bu ritorikanı Putin daha əvvəl də bir neçə dəfə təkrar edib. O, nüvə müharibəsinin nəticələrini yaxşı bilir və anlayır ki, nüvə müharibəsində heç kim qalib olmur”, - Stoltenberq deyib.
Stoltenberqin sözlərinə görə, NATO açıq şəkildə bəyan edib ki, Rusiyanın addımlarına uyğun müvafiq cavabı verəcək və Moskvada bununla bağlı heç bir yanlış hesablama olmamalıdır.
“Putinin çıxışında gözlənilməyən nəsə yox idi. Bu bizim üçün sürpriz deyildi, buna hazırlaşırdıq. Biz təmkinli, sakit olmağa davam edəcəyik. Eyni zamanda, Ukraynaya yardımızı da davam etdirəcəyik”, - NATO Baş katibi qeyd edib edib.
“NATO ölkələri Rusiyaya təzyiqi artırmaq və yeni sanksiyalar tətbiq etmək niyyətindədir”, - Baş katib əlavə edib.
“Biz Rusiya nüvə qüvvələrinin hazırlıq vəziyyətində hələ ki heç bir dəyişiklik müşahidə etməmişik. Amma durumu diqqətlə izləyirik. NATO ölkələri özlərinə və Kiyevə silah tədarükünü artırmaq üçün hərbi-sənaye müəssisələrlə fəal danışıqlar aparır”, - o bildirib.
Baş katib vurğulayıb ki, Ukrayna üçün danışıqların nəticəsi onun döyüş meydanındakı uğurundan asılı olacaq: “NATO Rusiya ilə qarşıdurmaya can atmır. Biz ehtiyatsız nüvə ritorikasına əl atmayacağıq”.
"AzPolitika"

Şərhlər
Putinin seferberlik ve nüvə silahına el atacağı ilə bağlı son çıxışından iki nəticə çıxarmaq olur. Ya Putin Batını daha da endişelendirib geri addım atmaları üçün bülöf yapır. Ya da haqiqatanda bu adam çılıdrır. ve bunu ederem deyir. Bəli tarixdə Putin kimi eqoist və müştebeh çox hökümdarlar gəlib- gedib. Onların, onlardan sonrakı dünya umurlarında olmaz. Yeni özləri ilə her şeyi cehenneme götürmək istərlər. Amma sanmıram çevrəsi Putinə belə bir "şansı" tanıtsın. Çünki, zaman o zaman deyil və Putinin çevrəsində də akıllı adamlar çoxdur.