Menu

İran dronlarını nə ilə vurmaq olar? - USQ-də bu barədə danışıblar

21.09.2022, 20:00
İran dronlarını nə ilə vurmaq olar? - USQ-də bu barədə danışıblar

Ukrayna hərbçiləri artıq Rusiya tərəfindən İran pilotsuz uçaqlarından istifadə hallarını qeydə alıblar. İndiki halda belə silahların effektliliyi öyrənilir.

Bu barədə USQ Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat «Ukrayna həqiqətləri» nəşrinə şərhində danışıb («UNİAN»).

Onun sözlərinə görə, Hava Qüvvələrinin bölmələri və Ukraynanın digər müdafiə qüvvələri iki «Shahed-136» kamikadze-dronu vurublar. O, qeyd edib ki, az gözəçarpan və nisbətən kiçik ölçülü olan hava hədəfləri aşağı yüksəkliklərdə uçur.

İqnat danışıb ki, dronları müxtəlif HHM vasitələri ilə vurmaq olar və hətta atıcı slahlarla, amma ən yaxşısı bunun üçün zenit topları, həm də ukraynanın «Şilka»sı və ya almanların «Qepard»ı uyğun gəlir. Bu zaman o, deyib ki, İran dronlarını radiolokasiya mübarizəsi vasitələri ilə də zərərsizləşdirmək olar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol