Menu

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub - Müdafiə Nazirliyi

22.09.2022, 12:27
Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub - Müdafiə Nazirliyi

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub: "Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb".

MN-dən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Şərhlər

dadaşyev 2022-09-22 12:55:23

Qardaşım,arada mütləq üçüncü qüvvə var.1905-07-ci ildə də,1918-20-ci illərdə də,perestroyka illərində də belə olmuşdu."Atan kazaklardı" yəni ilk olaraq.Erməni deyir siz tərəfdən ilk atəş açıldı,biz deyirik xeyr,siz atdınız biz cavab atəşi açdıq.Erməniylə bizlər arasına gecə ikən rus kəşfiyyatçılarından ikisinin-üçünün girib beş-altı güllə o tərəfə və ya bizim tərəfə atıb qaçması yetir ki,aralar yenə qarışsın ki,sülh müqaviləsi imzalanmasın.Üstəlik sülhməramlı deyilənlər oralardadır.Rusdan başqa ermənistandakı amerikan səfirliyində 2000-ə qədər şübhəli amerikalı işləyir.Onlardan da ola bilər o gecə təxribatçılarıı.Yoxsa oturan yerim boyda bir məmləkətdə 2000-lik səfirlik əməkdaşına nə ehtiyac var?Hansı ölkənin səfirliyində bu qədər "işçi" var?Xeyirdirmi?Biriləri heç vaxt qoymayacaqlar biz iki xalq adam kimi mehriban yaşayaq.Ona görə də iki dövlət arasına hündür bir sədd çəkilməlidir şimaldan ta Araz çayına qədər.Hər cür son model elektronik cihazlarla da təmin edilməlidir o sədd.Başqa əlac yoxdur.Yoxsa bu düşmənlik yüz illər boyunca davam edəcək.Və vay o günə ki biz azacıq zəifləyək,milli birliyimiz pozulmuş olsun.Nə qədər ki güclüyük,imkanımız da var,o səddi çəkmək lazımdır.Ağdama tramvayı sonra da çəkmək olar,Bakıda tramvay və trolleybuslar çəkiləndən sonra.Üstəlik o sədd sərhəddin qəti olaraq haradan keçdiyinin əyani göstəricisi olacaq.Erməni addımını o səddən bu yana atdımı,əlimizdə fakt olacaq ki sərhəddimizi pozmusan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol