Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb - SİYAHI + FOTOLAR (Yenilənir)

525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib. “Report”un xəbərinə görə, Şuranın VIII qurultayında onun namizədliyi irəli sürülüb.

Səsvermə nəticələrinə əsasən, R.Məcid MŞ sədri postunu tutacaq.

15:19

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. “Report”un xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.

Bununla da, Qurultay öz işini başa vurub.

Həmçinin Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub. 

Qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından sui-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin

***

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib. “Report”un xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

13:17

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, artıq səsvermə başa çatıb: “Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib bir saat ərzində elan olunacaq”.

13:06

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

“Report”un xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

12:02

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

“Report”un xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

11:35

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

“Report”un xəbərinə görə, bu təkliflə jurnalist Tapdıq Abbas Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edib.

O təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin:

“Yeni tərkibə gənclər seçilməlidirlər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqallar təmsil olunmalıdırlar:

“Burada həmçinin gənclər də təmsil olunmalıdırlar. Yenilər gəlsinlər, köhnələr qalsınlar demək düzgün deyil”.

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var:

“İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

“Müsavat” Media Qrupun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu çıxışında MŞ-nin yenilənməli olduğunu qeyd edib:

“İndi informasiya məkanını Mətbuat Şurası idarə etmir. Elə yenilənmə aparılmalıdır ki, Mətbuat Şurası olaraq informasiya məkanına daxil ola bilək. Gəncliyə yer vermək lazımdır. Mən də İdarə Heyətinin üzvü olaraq yerimi gəncliyə verməyə hazıram”.

11:00

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan jurnalistlərinin VIII qurultayının gündəliyinə daxil edilib.

Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və altı ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, yeddisi ictimaiyyətin, beşi internet portallarının nümayəndəsi, ehtiyat üzvlərin isə ikisi jurnalistika, ikisi ictimaiyyətin, ikisi internet portalların nümayəndəsi olmalıdır”.

10:23

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

“Report”un xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

Üç nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin yeddi nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə doqquza çatdırılıb.

Photostock.az qurultayda baş verənləri lentə alıb.

10:20

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Report”un xəbərinə görə, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.

10:06

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.

“Report”un xəbərinə görə, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

09:21

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.

635x100

Şərhlər

t.ədalət 2022-09-24 16:39:45

Jurnalistika azad peşədir.Onu çərçivəyə salanda,olur YAP təşkilatı.Tapdıq Abbasa isə deməyim odur ki,Azərbaycanda heç bir təşkilata gənclik ruhu,yaxud da yenilik ruhu gətirmək olmaz

Son yazılar