MİDA-nın yeni mənzillərinin satışı bitdi - Sentyabrın 28-də növbəti mərhələ olacaq (Yenilənib)

“Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib. Sadəcə, vətəndaşların imzalanma prosesi davam edir".

Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, vətəndaşların böyük hissəsi mənzil seçimini imzalayaraq, təsdiq edib: “Mənzil seçimi ərizəsini imzalamayanlara növbəti günün sonuna kimi vaxt verilir. Hər hansı problem olarsa, vətəndaşlara bizim qurum tərəfindən köməklik ediləcək”.

F.Qurbanlı əlavə edib ki, sentyabrın 28-i, saat 15:00-da mənzillərin gözləmə qaydası seçimi başlayacaq: “Bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən mənzil əldə edə bilməsələr, həmin gün ev onlara təklif olunacaq. Həmin gözləmədə iki vətəndaş növbəli şəkildə evi seçə bilər. Gözləmədə birinci sırada seçim edən vətəndaşa həmin mənzil təklif ediləcək”.

15:28

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib.

Ümumilikdə 18 binadan 815 mənzil seçilib.

MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə bildirib ki, bütün mənzillər seçilib: “Əvvəlki mənzil seçimlərindən fərqli olaraq, bu dəfə vətəndaş evi seçdikdə digər mərhələyə keçməsi üçün beş saniyə müddət qoyulub. Buna səbəb sürətli keçidin qarşısının alınması olub”.

***

Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin təxirə salınmış seçimi keçiriləcək.

“AzPolitika.info” xəbər verir ki, hazırda sosial şəbəkələrdə MİDA-nın sistemində yenidən problemlər yaşandığı, saytın işləmədiyi ilə bağlı iddialar yayılıb.

Müsabiqə iştirakçıları “E-gov.az” və “Asan Login” portallarının da çalışmadığını bildirirlər.

Xatırladaq ki, sentyabrın 15-də keçirilən müsabiqə zamanı “Güzəşli mənzil” sisteminə kiberhücumlar olduğuna görə, seçim təxiri salınmışdı.

“AzPolitka.info”



635x100

Şərhlər

Fuad 2022-09-24 16:19:14

demo versiya basqa real secib basqa oldu.13 saniyede ev secdim yuksek suret internetle ama olmadi .deyirler evler saniyeler sonra sisteme buraxilib.yenileme edenler udub.neye gore bele olmalidir???xaricden mudaxile esib udmaq imkanimizo mehdudlasdiranlarin vezifesini mida ozu icra etdi.

Son yazılar