Menu

Bu kənddə 28 ildir ki, qaz yoxdur – “Deyirlər ki, 282 manat ödəməlisiniz...” + FOTOLAR

26.09.2022, 16:08
Bu kənddə 28 ildir ki, qaz yoxdur – “Deyirlər ki, 282 manat ödəməlisiniz...” + FOTOLAR

“1994-cü ildə kəndimizdən keçən qaz xətti ləğv edildiyi üçün Hacağabəyli camaatı istilik üzünə həsrət qalıb. Bu illər ərzində çox əziyyətlər çəkmişik. Həyətlərimizdəki meyvə ağaclarını kəsib istifadə etmişik ya da hər il öz cibimizdən pul verib odun almışıq. 2022-ci ildə kəndimizə qaz xətti çəkilərkən çox sevinmişdik ki, nəhayət 28 illik əzab-əziyyətimiz başa çatır. Ancaq təssüüf ki, bu sevincimiz çox çəkmədi”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Göyçay rayonu Hacağabəyli kənd sakinləri tərəfindən redaksiyamıza göndərilən şikayət məktubunda bildirilir.

Şikayətçilər bildirirlər ki, 2022-ci ilin yanvar ayından kəndə qaz xətti çəkilsə də, sakinlərin istifadəsinə verilməyib: “Deyirlər ki, qaz sayğacını öz vəsaitimiz hesabına almalıyıq. Sayğacın qiymətinin isə 282 manat olduğu bildirilir. Lakin kənd camaatının bu vəsaiti ödəmək imkanı yoxdur. Nazirlər Kabinetinin qərarına əsasən, bir kəndə qaz xətti çəkilməsi üçün lahiyə-smeta tərtib edilibsə, sayğacda daxil olmaqla bütün işlər dövlət vəsaiti hesabına görülməldir”.

Şikayətçilər müvafiq qurumların məsələyə etinasız yanaşdıqlarını bildirirlər: ““Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsindən və Göyçay Qaz Sahəsindən bizə bildirirlər ki, sayğacı dövlət vəsaiti hesabına yox, öz vəsaitiniz hesabına almalısınız. Biz bunun yalnış olduğunu bilirik. Hacağabəyli kəndində 60-dan çox təsərrüfat var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və meyvəçilikdir. Kənddə qaz olmadığı üçün təsərrüfatlardakı bütün meyvə ağaclarını kəsib, odun kimi istifadə etmişik. Bu səbəbdən də yoxsul vəziyyətdəyik. Kənd əhalisinin böyük əksəriyyəti işsizdir. Maddi imkanımız aşağı olduğundan, qarşıdan gələn qış mövsümü üçün odun tədarük edə bilməmişik”.

“Biz ölkə başçısı Prezident İlham Əliyev və “Azərqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə müraciət edərək, Göyçay rayonu Hacağabəyli kənd sakinlərinin yoxsul vəziyyətdə yaşamalarını və qarşıdan gələn qış müvsümünü nəzərə alaraq, qaz sayğaclarının mənzillərə dövlət vəsaiti hesabına quraşdırılmasını xahiş edirik”,- müraciətdə bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol