Menu

Paşinyanın partiyası 4 bölgədə məğlub oldu

26.09.2022, 16:17
Paşinyanın partiyası 4 bölgədə məğlub oldu

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası Araqatsotn vilayətinin Talin, Areni, Vayots Dzor, Akunk, Kotayk bölgələrində yerli özünüidarəetmə orqanlarına seçkilərdə qalib gəlib, Kacaran, Taşir, Ani, Alaverdidə məğlub olub.

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd olunur ki, Zəngəzur bölgəsinin Kacaran şəhərində “Birliyə doğru” bloku, Lori bölgəsinin Taşir rayonunda “Birləşmiş İcma” partiyası, Ani Şirak bölgəsində “Millət-İcma” bloku, Lori bölgəsinin Alaverdi rayonunda “Həyat üçün ölkə” partiyası qalib gəlib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol