Menu

Qazaxıstan Rusiyadan qaçanların təhlükəsizliyini təmin edəcək - Tokayev

27.09.2022, 11:08
Qazaxıstan Rusiyadan qaçanların təhlükəsizliyini təmin edəcək - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qismən səfərbərlik fonunda Rusiyadan ölkəyə gələnlərlə bağlı açıqlama verib.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, o, həmin şəxslərin təhlükəsizliyinin qeydinə qalınmalı olduğunu deyib.

“Son günlər Rusiyadan bizə çox adam gəlir. Onların çoxu yaranmış çıxılmaz vəziyyətlə bağlı bu addımı atıb. Onların təhlükəsizliyinin qeydinə qalmalı və təhlükəsizliyini təmin etməliyik. Bu həm siyasi, həm də humanitar məsələdir”, - Qazaxıstan dövlət başçısı qeyd edib.

Qazaxıstan lideri ölkəyə gələn Rusiya vətəndaşları ilə bağlı rəsmi Moskva ilə müzakirə aparacaqlarını da vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol