Menu

"Sülhə gedən yol təəssüf ki, açılmır" - Türkiyə Prezidenti

27.09.2022, 13:43
"Sülhə gedən yol təəssüf ki, açılmır" - Türkiyə Prezidenti

"Qış yaxınlaşdıqca Qərb narahat olur".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri fərqli sahələrdə hiss edilir: “Qərb liderləri xalqlarını qışa hazırlaşmağa çağırır. Sülhə gedən yol isə təəssüf ki, açılmır”.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara sülh üçün səmimi səylər göstərən yeganə dövlətdir: “Diplomatik uğurumuz bunun ən yaxşı nümunəsidir. Savaşın ilk günlərində bizi tənqid edənlər indi haqlı mövqeyimizi müdafiə edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol