Menu

Azərbaycanda ən çox Pakistan vətəndaşlarının sayı artıb

11.11.2014, 15:05
Azərbaycanda ən çox Pakistan vətəndaşlarının sayı artıb

Bu il, noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda işləyən əcnəbi vətəndaşların rəsmi sayı 21785 nəfər olub.

Dövlət Sosial Müdafiə Fondundan fins.az-a verilən məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 27,2% çoxdur. Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları üstünlük təşkil edir. Əcnəbilərin təxminən 70%-i bu 3 ölkənin, qalanı isə 101 ölkənin payına düşür.

DSMF-nin indi və ötən ilin yekunları ilə bağlı bu ilin əvvəli açıqladığı rəqəmlərə əsasən deyə bilərik ki, 2014-cü ildə Azərbaycana işləmək üçün gələn əcnəbilərin sayında ən ciddi artım Pakistan vətəndaşlarında qeydə alınıb. İlin əvvəlində Azərbaycanın əmək bazarında bu ölkəni 156 nəfər təmsil edirdisə, hazırda bu rəqəm 3 dəfəyə yaxın artımla 462-dir. DSMF-nin məlumatına görə, ölkədə çalışan xaricilərin böyük hissəsi - 89,2%-i kişilər, qalan hissəsi qadınlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol