Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Baş nazir dünyanın çətin günlərdən keçdiyini qeyd edərək, bu kontekstdə sıx və səmərəli ikitərəfli əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində Devinaz qeyd edib ki, səfər zamanı Azərbaycan -Ermənistan sərhəddində baş verən toqquşmalar barədə ətraflı məlumat alıb.
Baş nazir Parisə son səfəri zamanı Emmanuel Makronla müzakirə mövzusuna toxunub və Ermənistana qarşı təzyiqlərin nəticələrinin aradan qaldırılmasında Fransanın əsas rolunu vurğulayıb.


Şərhlər