Menu

"Lukaşenkonun Abxaziyaya səfəri beynəlxalq hüquqa ziddir" - Gürcüstan Prezidenti

28.09.2022, 19:26
"Lukaşenkonun Abxaziyaya səfəri beynəlxalq hüquqa ziddir" - Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

"Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.

"Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu, beynəlxalq hüququn qəbuledilməz şəkildə pozuntusudur ",- Prezident bildirib.

Şərhlər

t.ədalət 2022-09-28 22:03:35

Lukaşenko özünü Putinin altına qoyduğu döşəkcə səviyyəsinə endirib.

Eli 2022-09-28 20:01:17

Bu Lukaşenko Putinin “ kiçik” qardaşıdır ondan bundan artığını gözlemek sadelövlük olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol