Menu

Rusiya sərhədlərdə səfərbərlik məntəqələri açır

29.09.2022, 12:04
Rusiya sərhədlərdə səfərbərlik məntəqələri açır

Rusiya Qazaxıstanla sərhəddə səfərbərlik məntəqəsi açır.

APA-nın Rusiya bürosu xəbər verir ki, qismən səfərbərliklə bağlı qərarın elan olunmasından sonra Gürcüstanla yanaşı Qazaxıstanla sərhəddə də ölkənin tərk etmək istəyən Rusiya vətəndaşlarının uzun kilometrlik növbəsi yaranıb. 

Bu səbəbdən Həştərxan vilayəti ərazisində Qazaxıstanla sərhəd keçid məntəqəsi yaxınlığında səfərbərlik məntəqəsinin yaradılmasına qərar verilib.

Qeyd edək ki, Rusiya Gürcüstan sərhədində də eyni vəziyyət müşahidə olunduğundan Şimali Osetiya Respublikası “Yuxarı Lars” keçid məntəqəsində səfərbərlik mənqətəsi yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol